MKT İstehsalat Kommersiya (MKT Cotton)

Texniki dəstək üzrə mütəxəssis

Bakı, Azərbaycan

17.03.23


Qeyd

  •  İstifadəçilərin Helpdesk Portalı vasitəsi ilə qəbul olan müraciətlərini icrasına həyata keçirir;
  •         Telefon zəngləri və ya şifahi formada daxil olan müraciətləri ehtiyyac yarandığı təqdirdə Helpdesk Portalında yaradır və icrasını həyata keçirir;
  •         Helpdesk Portalı problem və insidentlər və eləcə də onların həlli barədə məlumatları sistemə daxil edir;
  •         Helpdesk Portalı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Şirkətın istifadəçilərinin texniki dəstəyin göstərilməsini təmin edir;
  •         Şirkətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  •         Xidmət zamanı qarşılaşılan problemlər barəsində Helpdesk Portalında qeyd etməklə Departament rəhbərinə və müavininə yazılı məlumat vermək;
  •         Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsini həyata keçirmək;
  •         Yeni iş yerlərinin hazırlanması, Cəmiyyətin cari və yeni açılan filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasının sazlanması;
  •         İşçi yerlərinə kabellərin çəkilməsi və sonlanmasını həyata keçirir;
  •         Texniki avadanlıq, preferiya qurğuları və.s təlabatı haqqında Departament müavininə yazılı məlumat vermək;
  •         Təhlükəsizlik kameralarının qurulması, texniki dəstək göstərir;
  •         Şəbəkədə, serverlərdə yaranmış problemlər haqqında Departament rəhbərini və müavinini məlumatlandırmaqla Şəbəkə İnzibatçısına vəya Sistem İnzibatçısına (inzibatçı olmadığı təqdirdə müavinə) yazılı məlumat verir;
  •         İşçilər tərəfindən istifadə olunan proqram təminatlarında yaranmış suallarını ətraflı cavablandırır;
  •         Yaranmış texniki problemlər həll olunması ilə bağlı ezamiyyətə getməklə problemlərin yerində həll olunmasını icra edir;
  •         Departamentin rəhbəri, onun müavinin şifahi və ya yazılı verdiyi tapşırıqları vaxtı-vaxtında icra edir;
  •         Əmək müqaviləsi, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər şirkətdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  •         Bilavasitə rəhbəri, İnzibati işlər üzrə direktor müavini tərəfindən verilən, Direkotrun və Cəmiyyətin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair şirkətdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Əlavə məlumat:


  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi;
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Texniki dəstək üzrə mütəxəssis- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30/03/2023

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir

Oxşar Elanlar